Menyu

Ərdoğan: Türkiyə münaqişənin həlli üçün Rusiya və Ukrayna ilə əlaqə saxlayır

Şəfa Hüseynli
Ərdoğan: Türkiyə münaqişənin həlli üçün Rusiya və Ukrayna ilə əlaqə saxlayır

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankaranı Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski ilə birbaşa əlaqə quran və NATO daxilində Ukrayna münaqişəsinin həllinə kömək edən yeganə oyunçu adlandırıb.

Operativ Media xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

"Türkiyə həm Putin, həm də Zelenski ilə birbaşa əlaqə qura bilən, eyni zamanda Vaşinqton, Brüssel, NATO və Birləşmiş Millətlər Təşkilatında Ukraynada nizamlanma istiqamətində konkret addımlar atan, güclü və balanslı diplomatik əlaqələr saxlayan yeganə oyunçudur".- Ərdoğan qeyd edib.

Qeyd edək ki, Ərdoğan ABŞ Prezidenti Donald Trampla Ukrayna münaqişəsinin həllini müzakirə etməyi planlaşdırır.

Əlaqəli Xəbərlər