İsveçrə Federal Şurası (hökuməti) Venesuela Prezidenti Nikolas Maduronun və onun yaxın ətrafının bütün aktivlərini dondurub.
Operativ Media xəbər verir ki, bu barədə hökumətin bəyanatında bildirilib.
Bəyanata görə, bu tədbirlər qanunsuz əldə edilmiş aktivlərin konfederasiya xaricinə köçürülməsinin qarşısını almağa yönəlib. Qeyd olunur ki, dondurulma İsveçrədə hələ sanksiyalara məruz qalmayan şəxslərin aktivlərinə təsir edəcək.