Rusiya Müdafiə Nazirliyinin hava hücumundan müdafiə sistemləri Moskvaya doğru uçan pilotsuz təyyarəni vurub.
Operativ Media xəbər verir ki, bu iddia ilə Moskva meri Sergey Sobyanin çıxış edib.
"Müdafiə Nazirliyinin hava hücumundan müdafiə sistemi Moskvaya doğru uçan pilotsuz təyyarəni məhv edib. Təcili yardım xidmətləri qəza yerində işləyir", - deyə mer sosial şəbəkə hesabında yazıb.