Maduro bütün ittihamları rədd edib
Nikolas Maduro və həyat yoldaşı Siliya Flores Nyu-York məhkəməsi tərəfindən onlara qarşı irəli sürülən ittihamları rədd ediblər.
Operativ Media xəbər verir ki, Maduro məhkəmə zalında təqsirsiz olduğunu bildirərək, Venesuelanın Prezidenti olaraq qalmağa davam etdiyini söyləyib.
"Mən təqsirsizəm. Mən vicdanlı insanam", - o, özünü "hərbi əsir" adlandırıb. İttiham olunanlar Venesuela səfirliyindən konsulluq yardımı tələb ediblər. Məhkəmə Maduronun konsul işçiləri tərəfindən ziyarət edilməsinə razılıq verib.
21:15
Nyu-Yorkda Manhettendəki Daniel Patrik Moynihan məhkəmə binasında narkoterrorizm və digər cinayətlərdə ittiham olunan Venesuela prezidenti Nikolas Maduro və həyat yoldaşı Siliya Flores ilə bağlı məhkəmə iclası başlayıb.
Operativ Media xəbər verir ki, Maduronun maraqlarını Barri Pollak təmsil edir.
İclas canlı yayımlanmayacaq, lakin KİV-lərin girişinə icazə verilib.