Menyu

İranda kütləvi etirazlar zamanı 35 nəfər ölüb, 1200 nəfər həbs olunub

Şəfa Hüseynli
İranda kütləvi etirazlar zamanı 35 nəfər ölüb, 1200 nəfər həbs olunub
1 dəq oxu

İranda doqquz gündür davam edən küçə etirazları zamanı ən azı 35 nəfər ölüb, 1200-dən çox nümayişçi həbs olunub.

Operativ Media xəbər verir ki, bu barədə "DW" məlumat yayıb.

İranda baş verən kütləvi etirazlarda həlak olan 35 nəfərdən 29-u etirazçı, dördü uşaq, ikisi isə təhlükəsizlik qüvvələri olub.

Ölkə daxilində ən azı 17 universitetin tələbələri nümayişlərə qoşulub.

Əlaqəli Xəbərlər