Çin Yaponiyaya ikili təyinatlı malların ixracını məhdudlaşdırıb
Şəfa Hüseynli
Çin Tokioya hərbi məqsədlər üçün istifadə etmək niyyətində olduğu təqdirdə ikili təyinatlı malların ixracına embarqo tətbiq edəcək.
Operativ Media xəbər verir ki, bu barədə Çin Ticarət Nazirliyinin mətbuat xidməti məlumat verib.
"Hərbi məqsədlər üçün və ya hərbi gücü artıra biləcək digər məqsədlər üçün Yaponiya ordusuna hər hansı bir malın satışı və ya ötürülməsi qadağandır.". - bəyanatda deyilir.