Uitkoff və Kuşner Parisdə keçiriləcək "könüllülərin koalisiyası" görüşündə iştirak edəcəklər
Şəfa Hüseynli
ABŞ Prezidentinin xüsusi elçisi Stiven Uitkov və Amerika liderinin kürəkəni Cared Kuşner çərşənbə axşamı Parisdə Ukraynaya yardım göstərmək üçün "könüllülər koalisiyası"nın iclasında iştirak edəcəklər.
Operativ Media xəbər verir ki, bu barədə "TF1" telekanalı məlumat yayıb.
ABŞ nümayəndələri 2025-ci ilin yazında Paris və Londonun təşəbbüsü ilə yaradılan "könüllülər koalisiyası"nın iclasında ilk dəfə iştirak edəcəklər. Həmçinin, Fransa Prezidenti Emmanuel Makron, Böyük Britaniyanın Baş naziri Keyr Starmer, Almaniya Kansleri Fridrix Merts, İtaliyanın Baş naziri Corco Meloni, Kanadanın Baş naziri Mark Karni və Volodimir Zelenski də iştirak edəcəklər.