"Hyundai" zavodlarında 30.000 humanoid robot yerləşdirəcək
Cənubi Koreyanın "Hyundai Motor Group" şirkəti 2028-ci ildən etibarən fabriklərində humanoid robotlar tətbiq etməyə başlayacaq.
Operativ Media xəbər verir ki, bu barədə "Axios" məlumat yayıb.
Cənubi Koreya şirkəti Las-Veqasda keçirilən CES istehlakçı elektronikası sərgisində Atlas humanoid robotunu təqdim edib. Bu robot ABŞ-ın Corciya ştatındakı fabrik də daxil olmaqla, qlobal şəbəkəsinə inteqrasiya olunacaq.
Ümumi sənaye tətbiqləri üçün hazırlanmış Atlas robotları işçilərə düşən fiziki yükü azaltmağa, potensial təhlükəli tapşırıqların yerinə yetirilməsinə və bu texnologiyanın daha geniş tətbiqinə yol açmağa kömək edəcək.
Plana 2028-ci ilə qədər ildə 30.000 Atlas humanoid robotunun istehsalını təmin edəcək texnologiyanın inkişaf etdirilməsi daxildir.
Onlar 2028-ci ildən başlayaraq tədricən Hyundai-ın elektrik və hibrid avtomobillər istehsal etdiyi ABŞ-nin Corciya ştatındakı zavodda tətbiq olunacaq.