Belarusun qızıl-valyuta ehtiyatları 14,4 milyard dolları keçib
Şəfa Hüseynli
Belarusun qızıl-valyuta ehtiyatlarının il ərzində 5,5 milyard dollar artaraq 14,4 milyard dolları keçib.
Operativ Media xəbər verir ki, bu barədə Belarus Milli Bankı məlumat yayıb.
Xarici valyuta və pul qızıl ehtiyatları müvafiq olaraq təxminən 5,5 milyard dollar və təxminən 7,4 milyard dollar təşkil edib. Pul siyasəti hədəfləri ölkənin beynəlxalq ehtiyat aktivlərini bu ilin sonuna qədər 9,2 milyard dollar olaraq müəyyən edib.