Meksika Kubanın əsas neft tədarükçüsü olub
Əsəd Abbaslı
Meksika Venesuelanı geridə qoyaraq Kubanın əsas neft tədarükçüsü olub.
Operativ Media xəbər verir ki, bu barədə The Financial Times nəşri məlumat yayıb.
Nəşrin yazdığına görə, 2025-ci ildə Meksika Venesuelanı geridə qoyaraq Kubanın ən böyük neft tədarükçüsünə çevrilib.
Ticarət statistikası və gəmilərin izlənməsi məlumatlarına əsasən, ötən il Meksika Kubaya gündə orta hesabla 12 284 barel neft ixrac edib.
Bu, adanın ümumi xam neft idxalının təxminən 44 faizini təşkil edir və 2024-cü illə müqayisədə 56 faiz çoxdur.
Müqayisə üçün qeyd olunur ki, uzun müddət Kubanın əsas neft tədarükçüsü olan Venesuela gündə 9 528 barel ixrac edib ki, bu da ümumi idxalın 34 faizinə bərabərdir.