Menyu

Bloomberg: ABŞ və Aİ Ukrayna üçün təhlükəsizlik zəmanətləri planını Parisdə razılaşdırmaq niyyətindədir

Əsəd Abbaslı
Bloomberg: ABŞ və Aİ Ukrayna üçün təhlükəsizlik zəmanətləri planını Parisdə razılaşdırmaq niyyətindədir

ABŞ və Avropa İttifaqı Ukrayna üçün təhlükəsizlik zəmanətləri ilə bağlı planları Parisdə razılaşdırmağa ümid edir.

Operativ Media xəbər verir ki, bu barədə Bloomberg nəşri mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, hazırlanan razılaşma layihəsi sülh sazişi imzalandıqdan sonra ABŞ hərbi qüvvələrinin Ukraynada mövcudluğunu, eləcə də atəşkəs rejiminə əməl olunmasına nəzarətdə Vaşinqtonun dəstəyini nəzərdə tuta bilər.

Tərəflər Ukraynanın uzunmüddətli təhlükəsizliyinin təmin edilməsi üçün mexanizmlər üzərində müzakirələri davam etdirirlər.

Qeyd edək ki, Stiven Vitkoff və Trampın kürəkəni Jared Kuşner Parisdə “İstəklilər Koalisiyası”nın iclasında iştirak edəcək.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər