Tramp: Venesueladakı əməliyyatda ölənlərin əksəriyyəti kubalı idi
ABŞ Prezidenti Donald Tramp Venesuela Prezidenti Nikolas Maduronun ələ keçirilməsi məqsədilə aparılan əməliyyat zamanı öldürülənlərin əksəriyyətinin kubalı olduğunu bildirib.
Operativ Media xəbər verir ki, Trampın çıxışı "C-Span" kanalında canlı yayımlanıb.
Onun sözlərinə görə, ABŞ tərəfindən insan itkisi olmayıb:
"Bu kompleks bir əməliyyat idi. 152 təyyarə və çoxlu hərbçilər bu əməliyyatda iştirak etdi. Əməliyyat zamanı bütün Venesuelada elektrik sistemi çökdürüldü. Digər tərəfdən çoxlu sayda itkilər var. Bunlar əsasən kubalı əsgərlərdir. Onlar bizim gələcəyimizi bilirdilər. Onlar qorunurdu, bizimkilər isə yox. Bizimkilər helikopterlərdən tullanırdı", - Tramp deyib.
Tramp sabiq prezident Nikolas Maduronu milyonlarla insanın ölümündə günahlandırıb.
“Karakasın ortasında onların işgəncə kamerası var”, - deyə ABŞ lideri iddia edib.