Menyu

Məşhur uşaq qidaları geri çağırılıb

Operativ Media
Məşhur uşaq qidaları geri çağırılıb

İsveçrənin "Nestle" şirkəti ürəkbulanma və qusma yaradan toksinin ola biləcəyi ehtimalına görə 25 ölkədən bir neçə uşaq qidası partiyasını, o cümlədən SMA, BEBA və NAN qida qarışıqlarını geri çağırdığını açıqlayıb.

Operativ Media xəbər verir ki, geri çağırma Avstriya, Böyük Britaniya, Almaniya, Danimarka, İrlandiya, İtaliya, Norveç, Finlandiya, Fransa və İsveçrədəki partiyaları da əhatə edib.

"Zəhər xaricdən gətirilən xammalda (bitki yağları) aşkar edilib. Tərkibində toksin sereulid yüksək olan məhsulun qəbulu zamanı simptomlar istehlakdan sonra 6 saat ərzində baş verən qusma və ya ishal ola bilər. Bu əlamətlər qida zəhərlənməsinə, həmçinin inək südü zülallarına qarşı allergiyaya bənzəyir", - deyə şirkətin açıqlamasında bildirilir.

Qərar NAN 1 OPTIPRO, NAN 2 OPTIPRO, NAN Supreme, NAN EXPERPRO, "NAN laktozasız", PreNAN, "NestogenComfort" və "Alfare Amino" ticarət nişanları olan və istehsal tarixi 15 aprel - 22 noyabr tarixləri olan körpə sümullarına şamil edilir.

Əlaqəli Xəbərlər