Hakan Fidan: Ukraynada sülh təkcə müharibəni bitirməyəcək, regionun gələcəyini müəyyən edəcək
Operativ Media
Dörd ildir davam edən Rusiya-Ukrayna savaşında davamlı sülhün əldə edilməsinə çox yaxın olduğumuzu düşünürəm.
Operativ Media Anadolu" Agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan "İstəklilər koalisiyası"nın Parisdə keçirilən iclasından sonra jurnalistlərə açıqlamasında deyib.
Türkiyənin xarici siyasət idarəsinin rəhbəri qeyd edib ki, sülhün açarı olan bir sıra məsələlər fövqəladə şəkildə müzakirə edilir.
"Sülh müqaviləsi imzalancağı təqdirdə, bu, sadəcə Ukraynada müharibəni bitirən sülh anlaşması olmayacaq, eyni zamanda, yeni dönəmdə Rusiya ilə Avropa arasındakı sülhün mümkün modellərini, həmçinin Rusiyanın regionla bağlı siyasətini də müəyyən edəcək anlaşma olacaq".
H. Fidan bildirib ki, mümkün sülh çərçivəsində Qara dənizdə təhlükəsizliyin təmin edilməsi üçün Türkiyə tərəfi məsuliyyəti öz üzərinə götürməyə hazırdır.