Liviya nümayəndə heyətini daşıyan təyyarənin "qara qutu"su zədələnib
Şəfa Hüseynli
Türkiyədə qəzaya uğrayan Liviya təyyarəsinin "qara qutu"su zədələnib.
Operativ Media xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu açıqlama verib.
Liviya təyyarəsinin "qara qutu"su İngiltərədə araşdırılacaq.
"Qara qutu və səs yazıcıları zədələnib. Bunu deşifrə edə biləcək yalnız dörd ölkə var. Bu prosesin İngiltərədə aparılması qərarı verilib". - Uraloğlu bildirib.