Suriyanın Hələb şəhərinin kürd bölgələrində komendant saatı tətbiq edilib
Şəfa Hüseynli
Suriya Silahlı Qüvvələrinin Əməliyyat Komandanlığı şimali Hələbdəki kürd rayonları olan Əşrəfiyə və Şeyx Məqsud ərazilərini bağlı hərbi zonalar elan edib.
Operativ Media xəbər verir ki, bu barədə Ərəb Respublikası Müdafiə Nazirliyinin mətbuat xidməti X-də məlumat verib.
Hökumət mülki şəxslərin təhlükəli ərazilərdən qaçmasına imkan yaratmaq üçün humanitar dəhlizlər açıb.
"Əşrəfiyə və Şeyx Məqsud məhəllələrində komendant saatı elan edirik. Mülki əhalini kürd milis bölmələrinin tutduğu mövqelərdən uzaq durmağa çağırırıq".- bəyanatda qeyd edilib.