Menyu

Mərkəzi Kəşfiyyat İdarəsi tarixinin ən məşhur casuslarından biri ABŞ həbsxanasında vəfat edib

Şəfa Hüseynli
Mərkəzi Kəşfiyyat İdarəsi tarixinin ən məşhur casuslarından biri ABŞ həbsxanasında vəfat edib

ABŞ-nin ən təhlükəli ikili agentlərindən birinə çevrilən Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) zabiti Aldriç Eyms Merilend ştatının Kamberlend şəhərindəki islah müəssisəsində vəfat edib. 

Operativ Media xəbər verir ki, bu barədə "BBC" məlumat yayıb.

Bildirilib ki, onun 84 yaşı var idi. Keçmiş MKİ zabiti 30 ildən çoxdur ki, (28 aprel 1994-cü ildən) casusluqda günahlandırılaraq şərti azadlığa buraxılmadan ömürlük həbs cəzası çəkirdi. Aldriç məxfi məlumatları Sovet İttifaqına, daha sonra isə Rusiyaya satırdı.

O, 100-dən çox gizli əməliyyatı ələ keçirmiş və Qərb üçün işləyən 30-dan çox agentin şəxsiyyətini ifşa etmiş, nəticədə ən azı 10 MKİ agenti öldürülmüşdür.

Doqquz il ərzində ikiqat agent kimi çalışdığı müddətdə KQB daxilində Ames adlı əməliyyat ləqəbi ilə tanınan "Kolokol" Sovet İttifaqında fəaliyyət göstərib.

Əlaqəli Xəbərlər