Tramp Kolumbiya prezidenti ilə Ağ Evdə görüşəcəyini açıqlayıb
Şəfa Hüseynli
ABŞ Prezidenti Donald Tramp Kolumbiya Prezidenti Qustavo Petro ilə telefonla danışıb.
Operativ Media xəbər verir ki, bu barədə Tramp "Truth Social" hesabında yazıb.
Bildirilib ki, Tramp Vaşinqtonda keçiriləcək görüşü açıqlayıb.
"Narkotika vəziyyətini və digər fikir ayrılıqlarını izah etmək üçün zəng edən Kolumbiya Prezidenti Qustavo Petro ilə danışmaq böyük şərəf idi. Onun zəngini və tonunu yüksək qiymətləndirdim və yaxın gələcəkdə onunla görüşməyi səbirsizliklə gözləyirəm. Dövlət katibi Marko Rubio ilə Kolumbiya Xarici İşlər Naziri arasında razılaşmalar əldə edilir. Görüş Vaşinqtonda, Ağ Evdə keçiriləcək ".- Tramp qeyd edib.