ABŞ-də kilsə yaxınlığında silahlı hücum baş verib, iki nəfər ölüb
Şəfa Hüseynli
ABŞ-nin Yuta ştatında İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Mormon Kilsəsinin yaxınlığında baş verən atışma nəticəsində iki nəfər ölüb, altı nəfər yaralanıb.
Operativ Media xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.
İlkin araşdırmalara görə, atışma mübahisədən sonra başlayıb.
Xəstəxanaya aparılan altı yaralıdan üçünün vəziyyətinin ağır olduğu bildirilir.