ABŞ Mərkəzi Asiya vətəndaşları üçün 15.000 dollara qədər viza depoziti tətbiq edib
Amerika Birləşmiş Ştatları turist və iş vizaları üçün müraciət edən üç Orta Asiya ölkəsinin vətəndaşlarını viza depoziti proqramına əlavə edib.
Operativ Media xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin dərc etdiyi sənəddə deyilir.
38 ölkədən ibarət siyahıya Qırğızıstan, Türkmənistan və Tacikistan daxildir və bu ölkələrin vətəndaşlarından B1/B2 vizası almaq üçün 5000, 10000 və ya 15000 dollar məbləğində depozit tələb oluna bilər. Viza depozitinin məbləği müsahibə zamanı fərdi olaraq müəyyən edilir.
Qırğızıstan və Tacikistan vətəndaşları üçün qaydalar 21 yanvar 2026-cı il tarixindən, Türkmənistan üçün isə tələblər bu ilin 1 yanvar tarixindən qüvvəyə minəcək.
Proqrama əsasən, depozit yalnız konsulluq əməkdaşı viza üçün uyğunluğunu təsdiqlədikdən sonra rəsmi ABŞ Xəzinədarlıq platforması vasitəsilə edilir. Depozit qoymaq vizaya zəmanət vermir.
Viza sahibləri ABŞ-yə yalnız aşağıdakı limanlardan biri vasitəsilə daxil ola və çıxa bilərlər: Boston Logan Beynəlxalq Hava Limanı, Vaşinqton Beynəlxalq Hava Limanı və ya Con F. Kennedi Beynəlxalq Hava Limanı.