Çin 2027-ci ilə qədər sənayedə süni intellekt tətbiqini genişləndirməyi planlaşdırır
Şəfa Hüseynli
Çin 2027-ci ilə qədər ölkə daxilində əsas süni intellekt texnologiyalarının təhlükəsiz və etibarlı təchizatını təmin etməyi hədəfləyir.
Operativ Media xəbər verir ki, bu barədə "Süni İntellekt + İstehsal Sənayesi" Xüsusi Kampaniyasının Tətbiqi ilə Bağlı Mülahizələr" sənədində deyilir.
Sənədə əsasən, 2027-ci ilə qədər ölkə istehsal sənayesində 3-5 ümumi təyinatlı süni intellekt modelinin geniş tətbiqini təşviq etməyi, müəyyən bir sənaye üçün ixtisaslaşmış süni intellekt modeli hazırlamağı, 100 yüksək keyfiyyətli sənaye məlumat dəsti yaratmağı və 500 tipik tətbiq ssenarisini təşviq etməyi planlaşdırır.
Bundan əlavə, Çin dünyada aparıcı açıq mənbəli ekosistem qurmağı, təhlükəsizlik idarəetmə imkanlarını genişləndirməyi və süni intellektin qlobal inkişafına töhfə verməyi hədəfləyib.