Menyu

Ermənistan Baş nazirinin avtomobilinin nömrə nişanı dəyişdiriləcək

Operativ Media
Ermənistan Baş nazirinin avtomobilinin nömrə nişanı dəyişdiriləcək

Ermənistanın Baş naziri Nikol Paşinyan baş nazirin xidməti avtomobilinin beş rəqəmli "001 SS" nömrə nişanının "1" nömrə nişanı ilə əvəz edilməsi qərarının səbəbini izah edib.

Operativ Media xəbər verir ki, bu barədə Paşinyan jurnalistlərlə keçirdiyi brifinqdə bildirib.

"Mövcud nömrə nişanında yazılmış erməni hərflərinin Serj Sarkisyanın baş hərfləri kimi qeyd olunduğuna dair bəzi əlamətlər var idi. Biz inanırıq ki, dövlət nömrə nişanında heç kimin baş hərfləri olmamalıdır". - Paşinyan qeyd edib.

Əlaqəli Xəbərlər