ABŞ, Somali hökumətinin ərzaq ehtiyatlarını ələ keçirməsini əsas gətirərək, Somaliyə bütün yardımları dayandırdığını açıqlayıb.
Operativ Media xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti yazılı açıqlama bildirib.
Bildirilib ki, Somali rəsmiləri ABŞ-nin Dünya Ərzaq Proqramından maliyyələşdirdiyi anbarı dağıdıb və yoxsul mülki şəxslər üçün nəzərdə tutulmuş 76 ton ərzaq yardımını müsadirə edib.