Dubay–Moskva reysi fövqəladə siqnal verib - YENİLƏNİB
Rusiyanın "Utair" aviaşirkətinin Dubay - Moskva marşrutu üzrə uçan təyyarəsi yerli vaxtla saat 18:37-də uğurla eniş edib.
Operativ Media xəbər verir ki, bu barədə aviaşirkət öz teleqram kanalında bildirib.
"Sərnişinlərin və heyət üzvlərinin vəziyyəti yaxşıdır", - məlumatda qeyd olunub.
18:19
“Utair” aviaşirkətinə məxsus Dubaydan Moskvaya uçan təyyarə uçuş zamanı fövqəladə vəziyyət siqnalı (“7700”) verib.
Operativ Media xəbər verir ki, Boeing 767-224 tipli təyyarə təxminən bir saat əvvəl Əl-Məktum hava limanından havaya qalxıb və saat 21:15-də Moskvanın Vnukovo hava limanına enməli idi.
İlkin məlumatlara əsasən, qeyri-standart vəziyyət qalxışdan dərhal sonra yaranıb.
Hazırda təyyarə yanacağı boşaltmaq üçün şəhər üzərində dövrələr edir və indiyədək 10-dan çox dövrə vurub.
Göyərtədə 200-dən çox sərnişinin olduğu bildirilir.
Hadisə ilə bağlı əlavə məlumat gözlənilir.