Menyu

Rusiyalı basketbolçu Fransa vətəndaşı ilə dəyişdirilib

Əsəd Abbaslı
Rusiyalı basketbolçu Fransa vətəndaşı ilə dəyişdirilib

Fransada saxlanılan rusiyalı basketbolçu Daniil Kasatkin Fransa vətəndaşı Loran Vinate ilə dəyişdirilib.

Operativ Media xəbər verir ki, Kasatkin Paris tərəfindən kibercinayətkar qruplaşma ilə əlaqədə olmaqda ittiham edilirdi.

Məlumata görə, Fransa tərəfi onu ABŞ-yə ekstradisiya etməyi düşünürdü.

O, ABŞ şirkətlərini və federal qurumları hədəfə alan kiber şəbəkənin üzvü olmaqda şübhəli bilinib.

Loran Vinate isə Rusiyada casusluq şübhəsi ilə saxlanılmışdı.

Mübadilə tərəflər arasında əldə edilən razılaşma nəticəsində həyata keçirilib.

Əlaqəli Xəbərlər