Keçmiş Gümrü meri xəstəxanaya köçürülüb
Operativ Media
Gümrü icmasının səlahiyyətləri dayandırılmış rəhbəri Vardan Qukasyan cəzaçəkmə müəssisəsindən xəstəxanaya köçürülüb.
Operativ Media xəbər verir ki, bu barədə onun vəkili məlumat yayıb.
Vəkilin sözlərinə görə, Qukasyanın sağlamlıq vəziyyətinin müvafiq şəkildə yoxlanılması üçün xəstəxanaya köçürülməsi təşkil olunub.
Qeyd edək ki, oktyabrın 20-də Gümrü bələdiyyəsində axtarış həyata keçirilib.
Əməliyyat zamanı V.Qukasyan və daha 7 nəfər rüşvət almaq ittihamı ilə saxlanılıblar.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net