Britaniya Ukraynaya "Raven" HHM sistemlərini göndərib
Operativ Media
Böyük Britaniya Ukraynaya 13 ədəd "Raven" hava hücumundan müdafiə sistemi, eləcə də yeni "Gravehawk" HHM sisteminin iki prototipini təhvil verib.
Operativ Media xəbər verir ki, bu barədə "UK Defence Journal" Böyük Britaniyanın Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.
Qeyd olunur ki, "Raven" sistemləri artıq Ukrayna Silahlı Qüvvələrinin silahlanmasındadır və xüsusi olaraq Kiyev üçün hazırlanıb.
Məlumata görə, Müdafiə Nazirliyi "Gravehawk" proqramı üzrə də irəliləyişin təsdiqləndiyini açıqlayıb.
Qeyd edək ki, Böyük Britaniya Böyük Britaniya Ukraynaya hava hücumundan müdafiə imkanlarının gücləndirilməsi istiqamətində dəstəyini davam etdirir.