Fermerlər Parisdə traktorlarla etiraz aksiyası keçiriblər
Operativ Media
Fransız fermerlər Parisə traktorlarla daxil olaraq etiraz aksiyası keçiriblər.
Operativ Media xəbər verir ki, onlar əsasən Eyfel qülləsi və Triumf qapısı ətrafında toplaşıblar.
Fermerləri narahat edən məsələ Avropa İttifaqı (Aİ) ilə Cənubi Amerika Ümumi Bazarı (MERCOSUR) arasında azad ticarət sazişidir.
Onların fikrincə, bu saziş Avropanın kənd təsərrüfatına mənfi təsir göstərəcək.
Fransa polisi etirazçılara qarşı tədbirlər görüb.
Qeyd edək ki, bu, Fransada MERCOSUR əleyhinə keçirilən ilk aksiyalardan deyil. Belə ki, 2025-ci ilin sentyabrında FNSEA təşkilatı da oxşar etiraz çağırışı etmişdi.
Ümumilikdə, ötən ilin sentyabrın 10-da Fransada təxminən 200 min insan etiraz aksiyalarına qoşulub, Parisdə isə 14 min nəfər iştirak edib.