Menyu

Venesuelada bəzi məhbuslar azad ediləcək

Operativ Media
Venesuelada bəzi məhbuslar azad ediləcək

Venesuela hökuməti aralarında həm ölkə vətəndaşlarının, həm də əcnəbilərin olduğu çox sayda məhbusun dərhal azad ediləcəyini elan edib.

Operativ Media xəbər verir ki, bu barədə Venesuela Parlamentinin sədri Xorxe Rodriges "Venezolana de Television" telekanalının efirində məlumat verib.

Qeyd edilir ki, qərar ölkədə milli birliyin və dinc birgəyaşayışın möhkəmləndirilməsi səyləri çərçivəsində qəbul edilib.

Parlament sədri bu qərarı ölkənin sülh və rifahına dəstək üçün bir töhfə kimi qiymətləndirməyə çağırıb.

Onun sözlərinə görə, məhbusların azad edilməsi prosesinə artıq başlanılıb.

Əlaqəli Xəbərlər