Suriya ordusu Hələbin bir sıra rayonlarında atəşkəs elan edib
Suriya ordusu Hələbdə vəziyyətin gərginliyini azaltmaq məqsədilə atəşkəs elan edib.
Operativ Media xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.
"Hələbin Şeyx Məqsud, Əşrəfiyyə və Bani-Zeyd rayonlarında atəşkəs tətbiq olunacaq. Silahlı qruplar yerli vaxtla səhər saat 3:00-dan etibarən ərazini tərk etməlidirlər. Suriya ordusu müşayiət və təhlükəsiz keçid təmin etməyə sadiqdir", - deyə nazirliyin Telegram kanalında yayımlanan açıqlamasında bildirilib.
Qeyd olunub ki, daxili təhlükəsizlik qüvvələri Suriya ordusu ilə birlikdə silahlı birləşmələrin geri çəkilməsi üçün mexanizm təşkil edir. Qurum qərarın vəziyyətin gərginliyini azaltmaq, şəhər qurumlarının fəaliyyətini bərpa etmək və münaqişə zonasında mülki şəxsləri qorumaq məqsədi daşıdığını vurğulayıb.