Menyu

Tramp: ABŞ artıq ələ keçirilən "Mariner" tankerindən neft boşaldır

Operativ Media
Tramp: ABŞ artıq ələ keçirilən "Mariner" tankerindən neft boşaldır
1 dəq oxu

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, ABŞ Rusiya bayrağı altında üzən və ələ keçirilmiş Mariner tankerindən neftin boşaldılmasına başlayıb.

Operativ Media xəbər verir ki, Tramp bunu yanvarın 8-də "Fox News" telekanalına verdiyi müsahibədə bildirib: “Biz bir gəmini ələ keçirdik və hazırda ondan neft boşaldılır.”

O, tankerin ələ keçirilməsindən sonra Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparıb-aparmadığı ilə bağlı suala cavab verməkdən imtina edib. Bu mövzuda sualı cavablandırarkən Tramp deyib: “Mən bu barədə danışmaq istəmirəm.”

Jurnalist tankerin ələ keçirilməsi qərarının çətin olub-olmadığını soruşduqda isə ABŞ Prezidenti belə cavab verib: “Mən bunun çətin bir qərar olduğunu düşünmürdüm.”

Əlaqəli Xəbərlər