ABŞ Prezidenti: Kuba Venesuela nefti olmadan yaşaya bilməz
Operativ Media
ABŞ Prezidenti Donald Tramp iddia edib ki, Kuba iqtisadiyyatı tamamilə Venesuelanın maliyyə və enerji dəstəyindən asılıdır.
Operativ Media xəbər verir ki, o, bu fikirləri "Fox News" telekanalına verdiyi müsahibədə səsləndirib.
“Kuba maliyyə və neft baxımından tamamilə Venesuelaya güvənir və bunun müqabilində Venesuelaya qoruma təmin edir. Bu, hər zaman mövcud olan bir razılaşma olub”, – deyə prezident bildirib.
Yanvarın 3-də ABŞ “Mütləq Qətiyyət” əməliyyatını həyata keçirib. Əməliyyat zamanı Venesuela Prezidenti Nikolas Maduro və həyat yoldaşı Karakasda saxlanılaraq Nyu-Yorka aparılıb.