Ana səhifə / Dünya / İranda etirazlar səbəbindən 45 nəfər ölüb, internet faktiki olaraq bağlanıb İranda etirazlar səbəbindən 45 nəfər ölüb, internet faktiki olaraq bağlanıb 09.01.2026, 10:52 Şəfa Hüseynli İranda rialın məzənnəsinin kəskin düşməsi və inflyasiyanın kəskin artmasından sonra başlayan küçə etirazları 12 gündür ki, ardıcıl olaraq davam edir.Operativ Media xəbər verir ki, bu barədə "Kun.uz" məlumat yayıb.Nümayişçilər Tehranın və digər böyük şəhərlərin küçələrinə çıxıblar. Səkkiz azyaşlı da daxil olmaqla, ən azı 45 etirazçı öldürülüb.İran hökuməti vətəndaşlarının internetə çıxışını tamamilə bloklayıb. Həmçinin, bir çox aparıcı xəbər agentliklərinin saytları işləmir.