Tramp ABŞ-nin tezliklə quruda narkotik kartelləri ilə mübarizəyə başlayacağını bildirib
Şəfa Hüseynli
Tramp ABŞ-nin tezliklə quruda narkotik kartelləri ilə mübarizəyə başlayacağını bildirib.
Operativ Media xəbər verir ki, bu barədə o, "Fox News"a verdiyi müsahibədə bildirib.
Donald Tramp müsahibəsində bildirib ki, Karib dənizi və Şərqi Sakit okeanda şübhəli narkotik kartellərinə qarşı aylarla davam edən hücumlardan sonra onun administrasiyası kartel əleyhinə səylərini genişləndirməyə hazırlaşır.
Lakin, o, hansı ölkələrin hədəf alına biləcəyini dəqiqləşdirməyib.