Menyu

Gürcüstan Azərbaycandan Ermənistana neft məhsullarının ikinci tranziti üçün ödəniş alacaq

Operativ Media
Gürcüstan Azərbaycandan Ermənistana neft məhsullarının ikinci tranziti üçün ödəniş alacaq

Gürcüstan Azərbaycandan Ermənistana neft məhsullarının ikinci tranziti zamanı ödəniş alacaq.

Operativ Media xəbər verir ki,  bu barədə “Mega Trade” şirkətinin direktoru Karen Ayriyan məlumat verib.

Onun sözlərinə görə, bu dəfə Ermənistana təkcə premium deyil, həm də regular markalı benzin idxal olunur. 

Ayriyan qeyd edib ki, tranzit haqqının tətbiqi benzinin son qiymətinə ciddi təsir göstərməyəcək, çünki qiymət formalaşmasına təsir edən digər amillər də mövcuddur.

Qeyd edək ki, yanacağın ilk daşınması Gürcüstan tərəfindən baş nazirin göstərişi ilə ödənişsiz həyata keçirilmişdi.

Əlaqəli Xəbərlər