İrəvandan Hələb və Şarm əl-Şeyxə uçuşlar ləğv edilib
Operativ Media
Hələb və Şarm əl-Şeyxdən İrəvana bu günə planlaşdırılan uçuşlar ləğv edilib.
Operativ Media “NEWS.am”-a istinadən xəbər verir ki, bu gün əks istiqamətlərdə – İrəvan-Hələb və İrəvan-Şarm əl-Şeyx reysləri də ləğv edilib.
Xatırladaq ki, 6 yanvarda Hələbdə kürdlərin rəhbərlik etdiyi Suriya Demokratik Qüvvələri (SDQ) ilə Suriya ordusu arasında toqquşmalar baş verib. Nəticədə mülki şəxslər arasında itkilər və külli miqdarda maddi ziyan yaranıb.