Türk Hava Yolları Tehrana 17 reysi ləğv edib - YENİLƏNİB
Operativ Media
Türk Hava Yolları bu gün və sabah İranın Tehran, Təbriz və Məşhəd şəhərlərinə planlaşdırılan 17 reysin ləğv olunduğunu açıqlayıb.
Operativ Media xəbər verir ki, bu barədə Türk Hava Yolları (THY) məlumat yayıb.
"İrandakı regional inkişaflar səbəbindən 9 yanvar cümə və 10 yanvar şənbə günləri Tehran, Təbriz və Məşhədə planlaşdırılan ümumilikdə 17 uçuş ləğv edilib". - məlumatda qeyd edilib.
***
12:08
Türkiyənin "Turkish Airlines" aviaşirkəti bu gün İranın paytaxtı Tehrana beş reysi ləğv edib.
Operativ Media xəbər verir ki, bu barədə İstanbul Hava Limanının məlumatında bildirilib.
Bundan başqa, İran aviaşirkətləri tərəfindən həyata keçirilən digər beş reys də ləğv edilib.