NATO ölkələri Arktikada hərbi mövcudluğun gücləndirilməsini istəyib
Əsəd Abbaslı
NATO üzvü olan bir sıra ölkələr ABŞ-nin Qrenlandiya ilə bağlı təhdidlərini yenidən səsləndirməsindən sonra alyansın Arktikadakı hərbi mövcudluğunun gücləndirilməsini tələb edib.
Operativ Media xəbər verir ki, bu barədə Politico diplomatik mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Brüsseldə keçirilən qapalı toplantıda NATO səfirləri Arktika bölgəsində təhlükəsizliyin möhkəmləndirilməsinin zəruriliyini vurğulayıblar.
Görüşdə kəşfiyyat və müşahidə imkanlarının artırılması, bölgəyə əlavə hərbi texnika və qüvvələrin yerləşdirilməsi, həmçinin Arktikada müdafiə xərclərinin yüksəldilməsi və hərbi təlimlərin intensivləşdirilməsi təklif olunub.