Abbas Əraqçi "Hizbullah" hərəkatının baş katibi ilə görüşüb
Operativ Media
İranın xarici işlər naziri Abbas Əraqçi Livana səfəri çərçivəsində "Hizbullah" hərəkatının baş katibi Naim Qasımla görüşüb.
Operativ Media xəbər verir ki, bu barədə İranın dövlət televiziya və radio şirkəti məlumat yayıb.
Görüşün detalları barədə əlavə məlumat verilməyib.
Daha əvvəl İsrail ordusu Livanın cənubunda "Hizbullah"ın hərbi infrastrukturuna, o cümlədən silah anbarları və raket qurğularına 27 hava zərbəsinin endirildiyini bildirib.