Zelenski Böyük Britaniyanın müdafiə naziri ilə görüşüb - YENİLƏNİB
Ukrayna Prezidenti Volodimir Zelenski Böyük Britaniyanın müdafiə naziri ilə ölkədə yerləşdirilə biləcək hərbi kontingentin fəaliyyətini müzakirə edib.
Operativ Media xəbər verir ki, bu barədə Zelenski Telegram kanalında bildirib.
Onun sözlərinə görə, müzakirələr münaqişə həll edildikdən sonra kontingentin Ukraynada fəaliyyəti ilə bağlı olub:
"Atəşkəs dövründə Britaniya kontingentinin necə fəaliyyət göstərə biləcəyini müzakirə etdik. Müharibəyə son qoymaq üçün çərçivənin müttəfiqlərin aydın cavabı ilə dəstəklənməsi vacibdir".
20:19
Ukrayna Prezidenti Volodimir Zelenski Böyük Britaniyanın müdafiə naziri Con Gilli ilə görüş keçirib.
Operativ Media xəbər verir ki, bu barədə Ukrayna telegram kanalları məlumat yayıb.
Görüş zamanı tərəflər Ukraynanın hava hücumundan müdafiə sistemlərinin gücləndirilməsi və Britaniya hərbi kontingentinin ölkədə yerləşdirilməsi məsələlərini müzakirə ediblər.
Hər iki tərəf regional təhlükəsizliyin təmin olunmasının vacibliyini vurğulayıb.