Menyu

Türkiyədə 4,1 bal gücündə zəlzələ baş verib

Şəfa Hüseynli
Türkiyədə 4,1 bal gücündə zəlzələ baş verib

Türkiyənin Muğla əyalətinin Fethiye sahillərində 4,1 bal gücündə zəlzələ baş verib.

Operativ Media xəbər verir ki, bu barədə Fəlakət və Təcili Yardım İdarəetmə İdarəsi (AFAD) məlumat yayıb.

Bildirilib ki,  40,08 kilometr dərinlikdə baş verən zəlzələnin Türkiyəyə ən yaxın quru ərazisi olan Fethiyedən 36,61 kilometr aralıda olduğu müəyyən edilib.

Zəlzələ ətraf rayonlarda hiss olunsa da, ilkin məlumatlara görə, heç bir mənfi nəticə olmayıb.


Əlaqəli Xəbərlər