Minskdən Pattayaya ilk uçuş artıq həyata keçirilib.
Operativ Media xəbər verir ki, bu barədə Belarus Xarici İşlər Nazirliyi məlumat yayıb.
Uçuşun açılış mərasimində Belarus xarici işlər nazirinin birinci müavini Sergey Lukaşeviç iştirak edib.
Belarus Xarici İşlər Nazirliyinin məlumatına görə, 11 yanvarda Minsk-Phuket istiqamətində yeni bir reysin açılması planlaşdırılır və bu, iki ölkə arasında birbaşa uçuş imkanlarını əhəmiyyətli dərəcədə genişləndirəcək.