Menyu

Dünyanın ən böyük aysberqi olan A23a yaxın həftələrdə tamamilə parçalana bilər

Şəfa Hüseynli
Dünyanın ən böyük aysberqi olan A23a yaxın həftələrdə tamamilə parçalana bilər

Son onilliklərdə sahəsinin yarısından çoxunu itirən A23a aysberqi yaxın həftələrdə tamamilə parçalana bilər.

Operativ Media xəbər verir ki, bu barədə "MIR24" məlumat yayıb.

Bildirilib ki, buz kütləsinin səthində böyük ərimə suları və  gölməçələri əmələ gəlib ki, bu da onun struktur zəifləməsini göstərir.

Qeyd edək ki, 1986-cı ildə 4170 kvadrat kilometr sahəsi olan Filçner buzlağından çıxıb. Son onilliklərdə o, tədricən kiçilib.

2025-ci ilin dekabr ayına qədər orijinal sahəsinin 67%-ni itirib və ən böyük aysberq kimi yerini D15a aysberqinə təslim edib. A23a hazırda Cənubi Amerikanın cənub-şərqində, Cənubi Atlantikada üzür.

Əlaqəli Xəbərlər