FETÖ əməliyyatları çərçivəsində iki həftə ərzində 77 şübhəli saxlanılıb
Şəfa Hüseynli
Türkiyə Daxili İşlər naziri Ali Yerlikaya jandarma qruplarının son iki həftə ərzində 34 vilayətdə Fətullahçı Terror Təşkilatını (FETÖ) hədəf alan əməliyyatlarda 77 şübhəlinin tutulduğunu açıqlayıb.
Operativ Media xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.
Bildirilib ki, əməliyyatlarda tutulan 77 şübhəlinin terror təşkilatının mövcud strukturu daxilində fəaliyyət göstərdiyini, təşkilat daxilində məsul şəxslərlə taksofonlardan istifadə edərək əlaqə saxladığını, terror təşkilatı ilə əlaqəli sözdə yardım təşkilatlarına maliyyə təmin etdiyini və sosial fəaliyyətlərdə iştirak etdiyini bildirib.
Onların hesabları vasitəsilə terror təşkilatının təbliğatını yaydıqları aşkarlanıb.