Böyük Britaniya Ukraynaya qoşun yeridilməsinə hazırlıq üçün vəsait ayırıb
Şəfa Hüseynli
Birləşmiş Krallıq Ukraynada mümkün qoşun yerləşdirməsinə hazırlıq məqsədilə 200 milyon funt sterlinq (təxminən 270 milyon dollar) ayırıb.
Operativ Media xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyi məlumat yayıb.
"Müdafiə üzrə dövlət katibi bu il üçün 200 milyon funt sterlinq ayrıldığını və Ukraynaya çoxmillətli qüvvələrin yerləşdirilməsinə hazırlıq, nəqliyyat vasitələrinin, rabitə sistemlərinin, pilotsuz təyyarələrin müdafiə sistemlərinin və əlavə qoşun mühafizəsi avadanlıqlarının təkmilləşdirilməsi üçün istifadə olunacağını təsdiqləyir". - bəyanatda qeyd edilib.