Menyu

Tramp Venesuela neftini satmağa başlayacağını bildirib

Şəfa Hüseynli
Tramp Venesuela neftini satmağa başlayacağını bildirib

ABŞ Venesuelanın yeni hakimiyyəti ilə əldə olunmuş müddətsiz razılaşma çərçivəsində yaxın vaxtlarda 50 milyon barelə qədər Venesuela neftini emal etməyə və satmağa başlayacaq.

Operativ Media xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Ağ Evdə iri neft hasilatı şirkətlərinin rəhbərləri ilə keçirdiyi görüşdə bildirib.

"Venesuela həmçinin razılaşıb ki, ABŞ dərhal 50 milyon barelə qədər Venesuela xam neftinin emalına və satışına başlayacaq və bu, müddətsiz olaraq davam edəcək. Biz hamımız buna hazırıq", - deyə o qeyd edib.

Əlaqəli Xəbərlər