Menyu

Tacikistan və Özbəkistan multimodal nəqliyyat dəhlizi yaradırlar

Şəfa Hüseynli
Tacikistan və Özbəkistan multimodal nəqliyyat dəhlizi yaradırlar

Özbəkistan və Tacikistan Mərkəzi Asiyanı Çin və Avropa ilə birləşdirən multimodal nəqliyyat dəhlizinin sınaq işlərinə başlayacaqlar.

Operativ Media xəbər verir ki, bu barədə "24.kg" məlumat yayıb.

Bildirilib ki, 10 yük maşınından ibarət karvan Özbəkistandan Tacikistan vasitəsilə Çinə gedəcək. Marşrutun işə salınması qərarı Özbəkistan və Tacikistanın nəqliyyat nazirləri tərəfindən qəbul edilib.

Tərəflər Çinə marşrutu birgə genişləndirmək və beynəlxalq daşımalar üçün elektron icazəyə keçmək barədə razılığa gəliblər.

Həmçinin, Cartəpə-Sarazm sərhəd keçid məntəqəsinin buraxılış qabiliyyətinin artırılması planlaşdırılır. Sərhəddə gündə 100-ə qədər yük maşını qəbul edə və sənədləri daha tez emal edə bilən logistika mərkəzi yaradılacaq.

Əlaqəli Xəbərlər