Menyu

Kiyevdə kommunal sistemlərinin fəaliyyəti dayandırılıb

Əsəd Abbaslı
Kiyevdə kommunal sistemlərinin fəaliyyəti dayandırılıb

Kiyevdə su, istilik və elektrik nəqliyyatı sistemlərinin fəaliyyəti dayandırılıb.

Operativ Media xəbər verir ki, bu barədə Ukraynanın “Politika strany” nəşri məlumat yayıb.

Bildirilir ki, hazırda su təchizatı, istilik sistemi və elektrik nəqliyyatı işləmir.

Məlumata görə, energetiklər bərpa işləri aparır.

Hadisənin səbəbləri ilə bağlı əlavə məlumat açıqlanmayıb.

Qeyd edək ki, yanvarın 9-da Rusiya Kiyevə kütləvi hava hücumları edib.

Əlaqəli Xəbərlər