Menyu

Finlandiya Ottava Konvensiyasından çıxıb

Əsəd Abbaslı
Finlandiya Ottava Konvensiyasından çıxıb

Finlandiyanın piyada əleyhinə minaların istifadəsini, istehsalını və saxlanmasını qadağan edən Ottava Konvensiyasından çıxmaqla bağlı qərarı qüvvəyə minib.

Operativ Media xəbər verir ki, bu barədə ölkənin “Yle” teleradio yayımçısı məlumat yayıb.

Qərardan sonra Finlandiya piyada əleyhinə minaları hərbi arsenalında istifadə etmək hüququ əldə edib.

Qeyd edək ki, Finlandiya "Piyada əleyhinə minaların istifadəsi, yığılması, istehsalı və ötürülməsinin qadağan edilməsi və onların məhv edilməsi haqqında Konvensiya"dan (Ottava Konvensiyası) çıxdığını BMT-yə rəsmi şəkildə bəyan etmişdi.

Əlaqəli Xəbərlər