Menyu

İlon Mask Böyük Britaniyanı “həbsxana adası” adlandırıb

Əsəd Abbaslı
İlon Mask Böyük Britaniyanı “həbsxana adası” adlandırıb
1 dəq oxu

Milyarder iş adamı İlon Mask Böyük Britaniyanı “həbsxana adası” adlandıraraq ölkədə sosial şəbəkələrdəki paylaşımlara görə aparılan həbslərlə bağlı statistika paylaşıb.

Operativ Media xəbər verir ki, o bu barədə "X" hesabında paylaşım edib.

Onun təqdim etdiyi məlumatlara əsasən, Böyük Britaniyada bir il ərzində sosial şəbəkələrdə yazılan şərhlər və paylaşımlar səbəbilə 12 min 183-dən çox şəxs saxlanılıb.

Statistikaya görə, bu həbslərin böyük hissəsi miqrantlarla bağlı tənqid və təhqir xarakterli paylaşımlarla əlaqəlidir.

Qeyd olunur ki, ölkədə gündə orta hesabla 30-a yaxın şəxs bu cür post və şərhlərə görə həbs edilir ki, bu da ildə təxminən 12 min həbslə nəticələnir.


Əlaqəli Xəbərlər